Aztelekom korporativ seqment üzrə satış sekrotunun müdiri axtarır

İşəgötürən: Aztelekom
Vakansiya: Korporativ seqment üzrə satış sekrotunun müdiri
Son tarix: 04 sentyabr 2022
Vəzifə öhdəlikləri:
Sektor müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında “Aztelekom” MMC-də “Satış və Xidmət” prosesini və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirməyindən və prosesə riayət edilməsindən ibarətdir;
-Korporativ segment üzrə satış sekrorunun iş prosesini təşkil edir;
-“Aztelekom” MMC tərəfindən korporativ müştərilərə xidmət/məhsulların satışını həyata keçirdir və bununla gəlirləri artırır;
-Yeni korporativ müştəriləri cəlb edir, məhsulların xüsusiyyətləri barədə ətraflı məlumat verir və və seçimdə dəstək göstərir;
-Xidmət/məhsullarla bağlı təbliğat işlərini aparır;
-Qoyulan hədəflərə çatmaq üçün səlahiyyət çərçivəsində addımlar atır;
-Sektorun rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə birbaşa rəhbərinə hesabat verir;
-Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir;
-Müştərilərin şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət edir;
-Sektor müdirinin tabeçiliyində olan işçilərə rəhbərlik edir, onların arasında iş yükünü səmərəli paylaşdırır;
-Tabeçiliyində olan işçilərin fəaliyyətini bir başa rəhbərin nəzarəti altında qiymətləndirir və zəruri hallarda Kadrların İnkişafı və Qiymətləndirməsi Şöbəsi ilə birgə onlar üçün Fərdi İnkişaf Planı hazırlayır;
-Tabeçiliyində olan “İşçiləri” tərəfindən öz vəzifə öhdəlikləri və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
-Departamentin digər struktur bölmələri ilə birgə fəaliyyət göstərir;
-Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni (öz sahasinə aid) Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
Kvalifikasiya üzrə tələblər:
-Ali Təhsilli;
-Korporativ Satış sahasində minimum 3 il təcrübəsi olmalıdır;
-İT/ Telekom sahəsində təcrübə arzuolunandı;
-Rəhbərlik üzrə minimum 1 il əmək stajına malik olmalıdır;
-Müasir Telekommunikasiya trendlərini bilməlidir;
-Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilməlidır;
-Kreativ və yeni texnologiyalara dair qabaqcıl satış təcrübələrinin tədqiqat aparılması bacarığına malik olmalıdır;
-Biznes və maliyyə üzrə anlayışı olmalıdır;
-Müxtəlif növ hesabatların fərqli formatlarda təqdim etmə bacarığına malik olmalıdır;
-Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
-Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmalıdır;
-Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;
-Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
-Kompyuter bilikləri: MS Office programlarını mükəmməl bilməlidir;
-Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
Bacarıqlar:
-İdarəetmə;
-İşgüzar yazışma;
-Qərarvermə;
-Analitik düşüncə;
-Mükəmməl ünsiyyət;
-Təşəbbüskar və yaradıcı olması;
-Liderlik;
-Stresə davamlı;
-Təşkilatçılıq və təqdimat bacarıqlarına malik olmalı;
İş şəraiti:
-Həftədə 5 iş günü, 2 gün istirahət;
-İş saatları 09.00-18.00
-Əmək haqqı namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Korporativ seqment üzrə satış sekrotunun müdiri” vakansiya adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
5 saat, 6 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 5 saat, 15 dəq
- 5 saat, 16 dəq
- 5 saat, 18 dəq
- 5 saat, 24 dəq