AzRT MMC satış və marketinq üzrə təcrübə proqramı elan edib

İşəgötürən: AzRT MMC
Vakansiya: Satış və marketinq üzrə təcrübə proqramı
Son tarix: 29 iyul 2022
Satış bacarıqlarınızı artırmaq və peşəkar iş mühitinə ilk addımlarınızı atmaq istəyirsinizsə “AzRT” MMC həvəskar, əla ünsiyyət qabiliyyətli, bu və öncəki ilin məzunlarını, 4-cü kurs tələbələrini ödənişli Yay Təcrübə proqramına qatılmağa dəvət edir. Təcrübə proqramının müddəti 3 aydır. Əsas fəaliyyət istiqaməti satış və marketinq üzrə təcrübə fəaliyyətindən ibarət olacaq.
Təcrübə proqramı sizə nələr qazandıracaq?
-İşləyərək öyrənmək imkanı
-Real iş mühiti ilə tanışlıq
-Təcrübədə iştiraka dair sertifikat
-Ən əsası isə təcrübə proqramı bitdikdən sonra özünü doğruldan təcrübəçilərə AzRT MMC-də karyera qurmaq şansı
Tələblər:
-Yüksək ünsiyyətqurma bacarığı
-Fərdi və komanda tərkibində işləmə bacarığı
-Aktivlik və operativlik
-Öyrənməyə açıq olmaq
-Hədəflərlə işləməyi bacarmaq
-Bakı şəhəri üzrə – rus dili biliyinin olması arzuolunandır
CV-lərinizi “Yay təcrübə 2022” adı altında göndərməyiniz xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
6 saat
İri banka Qiymətli kağızların təhlili üzrə mütəxəssisi tələb olunur
-
17 saat, 19 dəq
AzerBlast şirkətinə Anbardar və Mexanik (Gəncə) tələb olunur
- 18 saat, 7 dəq
- 19 saat, 50 dəq
- 23 saat, 40 dəq