Azertexnolayn elektrik mühəndisi axtarır

İşəgötürən: Azertexnolayn
Vakansiya: Elektrik mühəndisi
Son tarix: 15 noyabr 2022
Azertexnolayn MMC-nin Polad Boru zavodu “Elektrik mühəndisi” üzrə işçi qəbulunu elan edir
Əsas vəzifə öhdəlikləri:
-Bütün təmir və kalibrasiya olunacaq cihazlara nəzarət etmək.
-Pozulmaları müəyyən etmək və nəzarət ölçü cihazlarını sazlamaq.
-Dayanma və xarab olmaların qarşısının alınması üçün cari təmir və texniki qulluq cədvəlini tərtib etməli və nəzarətdə saxlamalı.
-Zavod daxilində elektrik sahəsi üzrə yaranmış problemlərin zamanında həll olunmasına nəzarət edir
-Prossesdəki dəyişiklikləri analiz edir, anomaliyalar halında hesabat verir, anormallıqların düzəldilməsi üçün səbəb araşdırması həyata keçirməli.
-Prosesinin tələblərinə uyğun olan optimal işləyişi və hesabat sistemlərinin optimal çalışmasını təmin etməli.
-Növbə ərzində işə başlamazdan əvvəl maşın və avadanlıqların elektrik yönündən gözdən keçirməli
-İş zamanı istehsalat proseslərinin aparıldığında, maşın və avadanlıqları nəzarət altında saxlamalı.
-İllik olaraq hazırlanmış təmir baxım planları doğrultusunda işləri görülməsini həyata keçirtməlidir.
Bilməlidir:
-PLC ilə təchiz olunmuş proseslərin və maşınların prinsipial və elektrik sxemlərini oxuma bilik və bacarığı.
-Sahə cihaz və avadanlıqlarının, mühərrik sürücülərinin və s. texniki vasitələrinin işləmə prinsiplərini bilməli, idarəetmə kontrollerləri ilə əlaqələrinin qurulması istiqamətində bilik və bacarığı olmalı.
-Sənaye xəbərləşmə şəbəkələri metodlarını bilməli və bacarığı olmalıdır.
-Hidravlika, pinevmatika və elektrik təchizatı sistemlərini bilməlidir.
-Sistemin funksional tələblərini, əməliyyat mərhələlərini bilməlidir.
-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını bilməlidir.
Vəzifə üzrə tələblər:
-Təhsili: Ali
-İxtisası: Elektrik mühəndisi
-İş təcrübəsi: 3 ildən az olmayaraq iş stajı
-Xarici dil: Rus, Türk, İngilis
-Kompüter biliyi: MS Office proqramları
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir. Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini “Elektrik mühəndisi” başlığı altında göndərə bilərlər.
Müraciət üçün son tarix: 14.11.2022
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 1 saat, 17 dəq
- 2 gün, 1 saat, 19 dəq
- 2 gün, 1 saat, 21 dəq
- 2 gün, 1 saat, 24 dəq
- 2 gün, 1 saat, 28 dəq