Azersun Holding insan resursları üzrə bölmə rəisi axtarır (Biləsuvar)
İşəgötürən: Azersun Holding
Vakansiya: İnsan resursları üzrə bölmə rəisi (Biləsuvar)
Son tarix: 27 oktyabr 2022
Namizədə aid tələblər:
-Ali təhsil;
-Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
-Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
-MS Office proqramlarının mükəmməl biliyi;
-“ƏMAS – Əmək və Məşğulluq” altsistemi üzrə bilikləri;
-İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
-Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
İş haqqında məlumat:
-İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
-İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, yeni vakansiyalar üzrə işçi axtarışı, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
-İşə qəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
-Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir
-Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) SAP proqramı üzərindən hesablanmasını və vaxtında ödənilməsini təmin etmək ;
-Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
-Əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
-Əməkdaşların əmək fəaliyyətinin qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
-İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsi;
-Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
-Kadr işinin aparılması, əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət edilməsi;
-İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
-Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.
İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00
İş yeri: Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya www.azersunhr.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan resursları üzrə bölmə rəisi (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.
Vakansiyalar
-
6 saat, 21 dəq
SweetySpin login w Polsce – krok po kroku, bonusy i bezpieczeństwo
- 6 saat, 21 dəq
-
6 saat, 21 dəq
Roulettino – recenzja kasyna, bonus powitalny, metody płatności i aplikacja mobilna
-
6 saat, 21 dəq
Realz Casino PL – bonus powitalny, warunki obrotu i szczegóły
-
6 saat, 21 dəq
Chicken Road Game Account Verification Guide for Filipino Players