Azerlotereya yay təcrübə proqramı elan edir

İşəgötürən: Azerlotereya
Yay təcrübə proqramı
Son tarix: 04 avqust 2022
“Azərlotereya” ASC 2022-ci il üçün Yay Təcrübə Proqramını açıq elan edir.
Təcrübə imkanlarımız sizə öyrənmək, biliklərinizi artırmaq və əvəzolunmaz iş təcrübəsindən yararlanmaq imkan verəcək.
Kimlər müraciət edə bilər:
Təcrübə Proqramına Universiteti 2022-ci ildə yenicə bitirmiş namizədlər və ya aşağıda qeyd olunan fakültələrin Magistr dərəcəli proqramlarının tələbələri müraciət edə bilərlər.
-Marketinq/PR
-Maliyyə
-Biznesin İnkişafı
-PMO/Testinq
-Rəqəmsal
-İT
Şərtlər və Qaydalar:
-İş qrafiki: tam iş günü
-Müddət: 2 ay (15 iyul – 15 sentyabr 2022-ci il)
-Təcrübəçilər təqaüdlə təmin olunacaqlar
-2 ay ərzində müvəffəqiyyət qazananlar
-Şirkətdə tam iş imkanları üçün nəzərdən keçirilə bilərlər.
Tələblər:
-Güclü təşkilatçılıq, multitasking və vaxtı idarə etmə bacarıqları
-Detallara diqqət yetirmək və problem həll etmək
-Tez öyrənmək, analitik düşünmə bacarığı
-Yaxşı kompüter bacarıqları, o cümlədən MS Office-də işləmə bacarığı.
Təcrübə imkanından yararlanmaq üçün CV-nizi göndərməyiniz xahiş olunur. Mövzu hissəsində “Yay Təcrübə Proqramı” yazılmayan müraciətlər nəzərə alınmayacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 saat, 46 dəq
-
1 gün, 46 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 48 dəq
- 1 gün, 50 dəq
-
1 gün, 52 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib