AzerGold CJSC maliyyə şöbəsinin sektor müdiri axtarır
İşəgötürən: AzerGold CJSC
Vakansiya: Maliyyə şöbəsinin sektor müdiri
Son tarix: 12 sentyabr 2022
Əsas vəzifə və öhdəliklər:
-Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və ona nəzarət etmək;
-Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) əsasında uçot siyasətini təşkil etmək;
-MHBS üzrə hesabatların hazırlanması;
-Kənar auditorlarla MHBS nəticələrinin koordinasiyası, auditor məlumatlarının və tövsiyələrinin ayrıca müzakirə edilməsi və məlumatların düzgün tətbiqinin təmin olunması;
-Növbəti hesabat dövrləri üçün gözlənilən MHBS hesablamalarının nəticələri haqqında tabe olduğu rəhbərə mütəmadi məlumat vermək;
-MHBS hesabatları prinsiplərinin dəyişilməsi və yenilənməsi hallarına dair mütəmadi izləmələrin aparılması;
-İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək;
-Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək;
-Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək;
-Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi;
-Fəaliyyət sahəsinə aid digər hesabatların vaxtlı-vaxtında hazırlanmasını təmin etmək;
-Maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi və eyni zamanda qanunvericilikdə nəzərdə tutulan tarixlərdə dərc olunmasını istiqamətində müvafiq işlərin görülməsini təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
-Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
-Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
-ACCA F1-F9 səviyyəsi üzrə sertifikatlar və ya CİMA Managment Level sertifikatı olan namizədlər.
-Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
-Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
-Müvafiq sahə üzrə 5 il iş təcrübəsi; (kənar audit sahəsində iş təcrübəsi arzuolunandır)
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
1 gün, 15 saat, 10 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 20 saat, 59 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 19 saat, 51 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 20 saat, 25 dəq
- 1 həftə, 14 saat, 31 dəq