“Azər Maya” müəssisəsinə elektrik tələb olunur

Elektrik


İşəgötürən – Azər Maya İstehsal

Vəzifə- Elektrik

Bilməlidir: 

-Xidmət edilən sabit və dəyişən cərəyan generatorlarının, elektrik mühərriklərinin, transformatorların, paylaşdırıcı qurğu aparatlarının, elektrik şəbəkəsi və elektrik cihazlarının, qoruyucuların, kontaktorların, akkumulyatorların, statistik kondensatorların, nəzarətedicilərin, civəli düzləndiricilərin və s. quruluşunu;

-Yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi fəndini və üsullarını;

-Rele mühafizəsinə qoyulan tələbləri;

-Elektrik şəbəkəsində, elektrik maşınının işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını;

-Sönən reostatların, avtotransformatorların, yarımavtomatla idarə olunan elektrik xətlərinin iş prinsipini;

-Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini;

-Universal və xüsusi ləvazimatın quruluşunu;

-Sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının quruluşunu.

Vəzifə funksiyaları:

-Elektrik stansiyaları və transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi, transformatorların, elektrik açarlarının, ayırıcıların və onun birləşmələrinin təftişi ilə sadə işlərin yerinə yetirilməsi;

-Elektrik avadanlığının yüklənməsinin tənzimlənməsi;

-Manometrlə izolyasiyanın vəziyyətinin yoxlanılması, onun elektrik mühərriklərində, transformatorlarda və kabel şəbəkələrində müqavimətin ölçülməsi;

-Güc və işıqlandırıcı elektrik şəbəkələrində, həmçinin elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması;

-Gərginliyi 1000 V-dan yuxarı olan xətlərin kəsilməsi, bitişdirilməsi, izolə edilməsi və lehimləndirilməsi;

-Mürəkkəb işıqlandırıcı armaturun sazlanması və ona xidmət edilməsi, lüminissentli çıraqların qurulması.

-Əmək haqqı: Namizədin kvalifikasiyasına uyğun Vakansiyanın adını qeyd edərək CV-nizi e-mail adresinə [email protected] göndərə bilərsiniz.

Şirkət haqqında

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan “AzərMaya” yaradılmışdır. Müəssisənin ümumi sahəsi 22600 m², istehsalat korpusunun ümumi sahəsi isə 3672 m² təşkil edir. İstehsalatın lazımi enerji, qaz və su təchizatı, həmçinin 1950 metrlik dəmiryol qolu vardır.

AzərMaya istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı, qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]