Azdizayn Group kommersiya direktoru axtarır

İşəgötürən: Azdizayn Group
Vakansiya: Kommersiya direktoru
Son tarix: 27 may 2022
Namizədə olan tələblər:
-Bakalvr;
-Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
-Kompüter bilikləri (MS Office, Micro);
-Satış bacarığı;
-Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
-Kreativ və analitik düşünmə tər.zi və təşəbbüskarlıq;
-İdarəetmə bacarığı;
-Təşkiletmə və planlama bacarığı;
-Biznes danışıqları aparmaq və təqdimat bacarığı;
İş haqqında məlumat:
-Şirkətin kommersiya fəaliyyət sahəsi üzrə işlərinin düzgün təşkil edilməsi;
-Bütün satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
-Satış komandasının hədəflərə doğru yönəldilməsi və onların işinin nəzarətdə saxlanılması
-Mövcud və gələcək məhsullara qarşı bazar tələblərini müəyyənləşdirilməsi və şirkətin satış həcminin proqnozlaşdırılması;
-Satış, marketinq komandası və şöbə daxilində olan digər əməkdaşların idarə olunması
-Rəhbərlik tərəfindən ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
-İşlərin yerinə yetirilməsi məqsədi ilə tabeçiliyində olan struktur bölmələrə və ya işçilərə rəhbərlik edilməsi;
-Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünü aparılması;
-Rəhbərlik etdiyi işçilərin işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
-Şirkətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi;
-Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi.
İş şəraiti:
-6 günlük iş həftəsi ;
-Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-Korporativ nömrə;
-Yanacaq və amortizasiya xərcləri
-Əmək haqqı razılaşma əsasında
Vakansiyaya müraciət üçün CV-ləri “Kommersiya direktoru” başlığı ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 gün, 23 saat, 37 dəq
- 1 gün, 23 saat, 39 dəq
- 1 gün, 23 saat, 41 dəq
- 1 gün, 23 saat, 44 dəq
- 1 gün, 23 saat, 48 dəq