Azərbaycanın istehsal şirkətinə Baş mühasib tələb olunur – YÜKSƏK MAAŞ
![](https://avand.marja.az/wp-content/uploads/2022/01/eldon.jpg)
iş, elan, vakansiya, baş mühasib
“Elson Group” MMC şirkəti Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
MAAŞ:1200 AZN-1500AZN
İş barədə məlumat:
• Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Mühasibat uçotu məlumatlarına dair Şirkətilərin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində iştirak;
• Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi;
• Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi;
• Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətilərin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq;
• Mühasibatlıq şöbəsinin işinin düzgün təşkilini təmin edən qaydaların aktuallığını mütəmadi yoxlamaq və yeniliklər təklif etmək;
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
Tələblər:
Təhsil : Ali
İş təcrübəsi : 5 ildən yuxarı
Yaş : 30 – 45
Cins : Qadın
• Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
• Maliyyə sahəsində baş mühasib vəya şöbə rəhbəri kimi 5 il iş təcrübəsi;
• Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər;
• Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
• Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanı idarə etmək və komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək;
• 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarağı;
Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.
Əlaqə məlumatı:+994-55-201-17-77
Email:[email protected]
Qeyd edək ki, “Elson Group” 1995-ci ildə qurulmuş və ilk fəaliyyət sahəsi mal və quzu dərisi tədarükü olmuşdur. Böyüməyə davam edən “Elson Group” hazırda əsasən aşağıdakı sahələr üzrə də fəaliyyət göstərir:
-İri və xırdabuynuzlu heyvanların iç orqanı istehsalı
-Qida istehsalı
-Ət istehsalı
-Ferma təsərüffatı
-Gön dəri istehsalı
-İt çeynəmə məhsullarının istehsalı
-Organic gübrə istehalı.
“Brotein”, “Organic meat”, “Hello Dog Trade” brendləri “Elson Group”a məxsusdur.
Vakansiyalar
-
1 ay, 1 gün, 19 saat, 55 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 20 saat, 50 dəq
- 6 ay, 3 gün, 22 saat, 43 dəq
- 9 ay, 1 həftə, 1 gün, 17 saat, 28 dəq
-
9 ay, 2 həftə, 6 gün, 12 saat, 59 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır