Avtomobil təmiri sexinə rəis tələb olunur

İşəgöterən – Enar Taxi MMC
Vakansiya – Təmir sexinin rəisi
Vəzifə öhdəliyi:
-Təmir sahəsində gündəlik işinin planlanması və tənzimlənməsi
-Təmir kartlarına nəzarət etmək
-Təmirə gələn nəqliyyat vasitələrinin qəbul edilməsi və təmir işinin təşkil olunması
-Servis personalının idarə olunması və effektiv işinin təşkili
-Servisin iş keyfiyyətinə nəzarət etmək
-Təmir sahəsində nizam-intizam qaydalarına və korporativ üsluba riayət olunmasına nəzarət etmək
-Təmir sahəsində daxili avadanlıqlarının təmiri və dövri qulluqlarının təşkil olunması
-Təmir sahəsində əməkdaşlarının əsas performans göstəricilərinin təhlili və müvafiq qiymətləndirmənin aparılması
-İdarə etdiyi personalın güclü və zəif tərəflərinin müəyyən edilməsi və müvafiq təlim tədrislərə yönləndirilməsi
-Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək
-Əməkdaşlar ilə mütəmadi toplantıların təşkil olunması və mövcud problemlərin həlli istiqamətində çalışmaq
Namizədə olan tələblər:
-Ali texniki təhsil
-Yaş: 35-50
-Azərbaycan dili səlis danışıq (ingilis və rus dilləri arzu olunandır)
-Servisi idarəçiliyi sahəsində minimum 3 illik təcrübə
-Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq
-Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.
-Əmək haqqı 900- 1200 AZN
-Təcrübə avtoservisdə müttləqdir .
CV-nizi e-mail adresinə [email protected] vakansiyanın adını yazaraq göndərə bilərsiniz.
Vakansiyalar
- 1 ay, 2 həftə, 1 saat, 19 dəq
-
1 ay, 3 həftə, 4 gün, 20 saat, 50 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 4 saat, 48 dəq
- 2 ay, 3 gün, 4 saat, 38 dəq
- 2 ay, 3 gün, 4 saat, 41 dəq