“Avtokar Sürücüsü” tələb olunur

AVRORA MMC “Avtokar Sürücüsü” vəzifəsi üzrə vakansiya elan edib.
Əsas vəzifə öhdəlikləri :
– Yüklərin anbar rəflərinə yerləşdirilməsi, yerdəyişməsinin və daşınmasının icra edilməsi;
– Avtokarın təhlükəsiz və səmərəli idarə edilməsi;
– Təhkim edilmiş texnikanın işlək və təmiz vəziyyətdə saxlanılması, istifadədən öncə texnikaya vizual baxış keçirilməsi, aşkar etdiyi bütün nasazlıqlar haqqında sahə rəisinə məlumat verilməsi.
Tələb olunan bilik və bacarıqlar :
– Texnikanı (Avtokarı) idarə etmək üçün sahə üzrə müvafiq sertifikatın olması;
– Avtokarın quruluşunu, bütün növ nəqliyyat vasitələrinə yükün yükləmə və boşaltma qaydalarını bilmək vacibdir;
– “Reach Truck” (RT) işlətməyi bacarmalı;
– Təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına uyğun olaraq yükləmə və boşaltma işlərinin icra edilməsi;
– Texnikanın başlıca mexaniki problemlərinin müəyyənləşdirilməsi üzrə bacarıqlara sahib olmalı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :
– İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il;
– Yaş həddi: 22 – 45 yaş arası.
İş şərtlərimiz :
– İş qrafiki: Növbəli;
– İş yeri: Avrora Sənaye Parkı (Hökməli qəs.);
– Nahar və servis şirkət tərəfindən təmin olunur.
Biz nə təklif edirik :
– Əmək bazarında rəqabətli əməkhaqqı;
– İşçilərə qayğı proqramı;
– Peşəkar komanda mühiti;
– Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Avtokar sürücüsü” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 gün, 10 saat, 29 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 13 saat, 28 dəq
-
2 gün, 13 saat, 29 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 13 saat, 32 dəq
- 2 gün, 13 saat, 34 dəq