Avrora Qrup karyera günü təşkil edəcək

Təcrübə Proqramı


“Avrora MMC” 29.10.2022-ci il saat 10:00-15:00 tarixində Karyera günü təşkil edəcək.

Karyera günündə satış nümayəndəsi, merçendayzer, fəhlə, sürücü, sürücü köməkçisi və mütəxəssis kateqoriyalı vəzifələr üzrə müraciətlər qəbul ediləcək.

Müraciət etmiş namizədlər anket forması dolduracaq, aktiv vakansiyalar üzrə uyğun namizədlər təkrar müsahibəyə (imtahana) dəvət olunacaqlar.

Karyera günündə iştirak edən namizədlərin bir qrupu növbəti ildə yaranan vakansiyalar üçün ehtiyat bazaya əlavə olunacaq və işə alım prosesində üstünlük təşkil edəcəklər.

Müraciət etmək istəyən namizədlər 29.10.2022-ci il saat 10:00-dan etibarən Nərimanov ray., Aşıq Molla Cümə 46C ünvanında yerləşən “Avrora”nın mərkəzi ofisinə şəxsiyyəti təsdiq edən sənədlə yaxınlaşa bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]