AT-GEOTECH nəqliyyat üzrə nümayəndə axtarır

AT-GEOTECH QSC -ni nəqliyyat üzrə nümayəndə vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
– Orta və ya ali təhsil;
-Nəqliyyat vasitələri barəsində ümumi biliklərə sahib olmalı,
-Nəqliyyat vasitələri və texnikaların yanacaq sərfiyyatı barədə məlumatlı olmalı,
-Yanacaq sərfiyyatına təsir edən amillər barədə məlumatlı olmalı;
-Məsuliyyətli, diqqətli olmalı;
-Nəqliyyat sahəsində ən az 1 il iş təcrübəsi olmalı;
-Fiziki sağlam olmalı,ekstremal vəziyyətlərdə və çətin relyefli ərazi şərtlərində işləmə bacarığı olmalı;
– Yaş həddi 22-45 yaş arası olmalı;
– Sürücülük vəsiqəsinin olması arzuolunandır
İş barədə məlumat :
-Nəqliyyat vasitələrinin iş rejiminə nəzarət
-Sürücülərin iş fəaliyyətinə nəzarət
-N/V-lərin texniki vəziyyətinə nəzarət
-Yanacaq paylanmasına nəzarəti bütün layihələrdə təşkil etmək
-İstifadə olunan nəqliyyat vasitələrinin istismarı üzrə təlimatlara, dövlət yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət olunmasına nəzarət etmək
-Şirkətin siyasət, təlimat və xidməti standartlarına / qaydalarına riayət etmək
– Nəqliyyat vasitələri istismara verilmədən öncə sürücüyə təhvil-təslim olunması, sürücülərə lazımi təlimatların verilməsi
İş şəraiti:
– İş yeri: Respublika ərazisi (Dağlıq şərait)
-Əmək haqqı: 600 AZN
-Nahar və yaşayış yeri şirkət tərəfindən qarşılanır
Əlaqə nömrəsi: 055-201-55-57
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde “Nəqliyyat üzrə nümayəndə” qeyd edərək cv-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 ay, 1 həftə, 6 gün, 23 saat, 37 dəq
-
1 ay, 3 həftə, 4 gün, 19 saat, 8 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 3 saat, 6 dəq
- 2 ay, 3 gün, 2 saat, 56 dəq
- 2 ay, 3 gün, 2 saat, 59 dəq