Aparıcı mühasib tələn olunur
İşəgötürən – OBA marketlər şəbəkəsi
Vəzifə öhdəlikləri:
Öhdəliklərin nəzarətdə saxlanması;
Ödənişlərin müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə uyğun icrasını təmin etmək;
Müvafiq mühasibat hesablarına cavabdehlik;
Kredit və qarantiyaların izlənməsi və limitlərin düzgün idarə olunması;
Ödənişlər komandasına dəstək olmaq və şöbənin işini optimallaşdırmaq;
Hesabatların yüksək effektivliyi və etibarlılığını təmin etmək;
Həftəlik/aylıq/rüblük nəticələrin bildirilməsi;
Bank məhsullarının araşdırılması yeniliklərin tətbiqi;
Hüquqi və müqavilə üzrə mühasibat uçotu standartlarına riayət olunmasını təmin etmək;
Şirkəti üçüncü tərəflər qarşısında (tərəfdaşlar, qanuni auditorlar və s.) təmsil etmək;
Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi;
Namizədə dair tələblər:
Təhsil səviyyəsi: Ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
Dil bilikləri: Azərbaycan dili -səlis, ingilis dili- arzuolunandır;
Kompüter bilikləri: MS Office (excel-sərbəst);
Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:
Detal yönümlü, analtik düşüncə,
Güclü təqdimat bacarığı,
Problem həll etmə bacarığı,
İntizamlılıq və nəticəyönümlülük,
Stressə qarşı davamlılıq
Əlavə təminatlar:
Nahar;
Korporativ nömrə;
Servis xidməti;
İş haqqında məlumat:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş saatları: Həftə içi 09.00-18.00
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Aparıcı mühasib” yazaraq [email protected] adresinə göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 11 saat, 24 dəq
- 1 gün, 6 saat, 42 dəq
- 1 gün, 9 saat, 19 dəq
- 1 gün, 9 saat, 19 dəq
-
2 gün, 3 saat, 51 dəq
A tájékozottság jelentősége: Hogyan formálja az ismeret a kortárs hétköznapokat?