Aparıcı mühasib tələb olunur
İşəgötürən – Milk-Pro
Öhdəliklər:
Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabatlarında düzgün əks etdirilməsi;
Mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
Mühasibat uçotu məlumatlarına dair şirkətilərin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində iştirak;
Dövlət orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasının, hesabatların təqdim edilməsinin təmin edilməsi;
Kontragentlərlə sənədləşmələrin nizamlanması;
İşçilərin əmək haqlarının və digər ödənişlərinin hesablanması, gündəlik kassa əməliyyatlarının qeydiyyatı, online bank əməliyyatlarının icra edilməsi;
AR əmək məcəlləsinə uyğun sənədləşmə və müqavilələrin tərtib olunması, həmçinin E-Qaimə və fakturalarının hazırlanması, yazılması və təqdim edilməsi;
Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi;
Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətilərin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq.
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
Debitor və kreditorların izlənilməsi və ay bitdikdən sonra üzləşmə aktının tərtib olunması;
Mal-materialların uçotunun aparılması, silinməsi və aktlaşdırılması;
Əsas vəsaitlərin uçotunun aparılması, inventarizasiyası;
Tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə üstün biliklər;
Mühasibatlıqda iş təcrübəsi 5 ildən yuxarı;
1C (8.3, 7.7) proqramını yüksək səviyyədə bilmək;
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
ACCA (F3,F7) sertifikatlarının olması üstünlükdür;
MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilməli;
Ünvan:Hövsan qəs.
Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcəkdir.
İş rejimi: 6 günlük (bazar ertəsi 09:00-17:00, şənbə 10:00-16:00)
Nahar şirkət tərəfindən verilir.
Avtomobilin olması üstünlükdür.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini [email protected] e-mailin mövzu hissəsində “Aparıcı mühasib” qeyd edərək göndərsinlər.
Vakansiyalar
- 2 gün, 12 saat, 27 dəq
-
2 gün, 16 saat, 9 dəq
Online Casino Introduction: Entertainment at Home and on the Go
- 2 gün, 16 saat, 9 dəq
- 2 gün, 16 saat, 11 dəq
- 2 gün, 16 saat, 14 dəq