Anbardar – (Zirə)
![](https://avand.marja.az/wp-content/uploads/2022/04/anbardar_gerliftgroup.jpg)
Işəgötürən – Buta Group
Vakansiya haqqında:
İş yeri: Zirə
İş saatı : Həftəlik 40 saat olmaqla
Əmək haqqı: 700-800 azn
Funksiyalar:
Yüklərin və poçtun anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin etməkdir;
İxrac anbarında olan yüklərin siyahısını tərtib etmək;
İxrac yüklərini və poçtu anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək;
Yükün göndərilməsi barədə kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;
Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;
İdxal anbarına yükləri təhvil almaq, yükləri yükalana təhvil vermək;
Yükü idxal anbarına qəbul edərkən yük manifesti ilə yükə aid göstəriciləri tutuşdurmaq;
Yük yerlərini yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;
Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
Yükün tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli yüklər üzrə inspektoru, sanitar-karantin xidmətinin inspektorunu yükün qəbuluna cəlb etmək;
«Təhlükəli yüklər»in, onlar üçün ayrılmış xüsusi şərəiti olan anbara yerləşdirilməsini təmin etmək;
Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunun təsdiqləmək;
İdxal anbarına qəbul edilmiş yüklərə aid müştəri xidmətləri şöbəsinin məlumat üzrə operatoruna vermək;
Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək;
Zəruri şərtlər
Təhsili: Orta, Ali
İş təcrübəsi: Müvafiq sahədə 2 il
Kompüter biliyi: MS Office proqramları
Şəxsi keyfiyyətlər:
Fərdi və ya qrup (komanda) halında işləmək bacarığı;
Vaxtın idarə edilməsi;
Gərgin şəraitdə işləmək bacarığı;
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
Yüksək ünsiyyət qurma bacarığı;
Yaradıcı və analitik təhliletmə bacarığı;
Məntiqli və sistemli düşünmək bacarığı;
Məxfilik və gizlilik prinsiplərini gözləmək bacarığı;
Müraciət qaydası:
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Anbardar (Zirə)” qeyd etməyi unutmayın.
Vakansiyalar
-
1 ay, 1 gün, 19 saat, 18 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 20 saat, 13 dəq
- 6 ay, 3 gün, 22 saat, 6 dəq
- 9 ay, 1 həftə, 1 gün, 16 saat, 51 dəq
-
9 ay, 2 həftə, 6 gün, 12 saat, 22 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır