“A+CO” şirkəti təcrübə proqramı elan edir

Təcrübə Proqramı


“A+CO” ASC şirkəti   karyerasına peşəkar kollektivlə birgə çalışaraq başlamaq istəyən şəxslər üçün təcrübə proqramı elan edir.

“A+CO” ASC şirkəti  İnsan Resursları və İnzibati İdarəetmə Departamentində təcrübə proqramına müraciət edə bilərsiniz.

Tələblər:

– Ali təhsil ( İnsan Resursları , Biznesin təşkili, Maliyyə və Hüquq və s.)

– Riyazi biliklər və məntiqi təfəkkür;

-Ofis proqramlarını orta səviyyədə bilmə;

– Təşəbbüskar və məsuliyyətli olma;

-Analitik düşüncə və problem həll etmə qabiliyyəti;

-Özünü inkişafa meyillilik;

-Komandada işləmə bacarığı;

-Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti;

-Punktual və nizam-intizamlı.

  İş şəraiti:

– İş yeri: Xırdalan şəhəri

-5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;

-Nahar Şirkət tərəfindən təmin olunur;

-20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təcrübəçi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Şirkət Haqqında

2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.

2008-ci ildən isə şirkət məhsullarının sırasına araq da əlavə etmiş və qısa bir zaman ərzində “Novaya Marka”, Sibirskiy Rubin”, “Çudo Klyuç”, “Medved” və “Raduqa” markaları ilə məşhurlaşmağa başlamışdır.

2010-cu ilədək ölkə bazarında özünə layiqli yer tutmuş “Xırdalan Şərab” zamanla konyak və şərabları ilə xarici bazarlara da uğurla daxil olmuşdur. Belə ki, həmin ildən şirkətin istehsal etdiyi şərablar və konyaklar Çin Xalq Respublikası və Rusiya Federesiyası bazarlarında təmsil olunmağa başlamış və qısa bir vaxt ərzində alıcıların rəğbətini qazanmışdır.

İstifadə olunan texnologiyalar:

Şirkətin Şamaxıda yerləşən ilkin emal zavodunda Şamaxı, İsmayıllı və Qəbələdə yetişdirilmiş “Kaberne-Sovinyon”, “Kaberne-Merlo” və “Mədrəsə” üzüm növlərindən hazırlanmış şərab sonrakı istehsal üçün Xırdalandakı zavoda göndərilir.

İçkilərin hazırlanmasında ən müasir texnoloji üsullar tətbiq olunur. İstifadə olunan şollar suyu müasir İtaliya avadanlıqlarında osmos üsulu ilə bütün zəruri sanitar-gigiyenik şərtlərə ciddi riayət etməklə təmizlənir.

Araq istehsalında istifadə olunan spirt yüksək keyfiyyətli buğda unundan hazırlanır.

“Xırdalan Şərab”ın istehsal etdiyi bütün içkilərin şüşə qabları Fransa, Moldova və Ukraynadan gətirilir.

Şərab və konyak şüşələrinin ağac tıxacları İtaliya, Portuqaliya və Fransadan üzərində “Xırdalan Şərab”ın öz loqosu ilə alınır. Bu isə saxtakarlıq ehtimalını sıfıra endirir.

Hazırda Zavod həm alkoqollu həm də alkoqolsuz içkilərin istehsalı və satışı üzrə yerli şirkətlər arasında öz xüsusi yerini qoruyur. Daxili bazarda ən çox ” Mamedoff “, “Yakor” araqları, “Opera” Konyakı, “Full” və “Atom” Enerji içkiləri ilə məşhurlaşmışdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]