A+A Security təcrübə proqramı elan edib

Təcrübə Proqramı


İşəgötürən: A+A Security

Vakansiya: Təcrübə proqramı

Son tarix: 04 iyul 2022

Təcrübə keçmək istəyən şəxslərin nəzərinə!

Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirən məzunlar,

Nəzərinizə çatdırırıq ki, hal-hazırda “A+A Security” şirkəti 2022-ci il üçün nəzərdə tutulmuş “Təcrübə proqramı”na start vermişdir.

A+A Security Elektron Təhlükəsizlik, Kilidləmə, GPS Monitoring, Naqilsiz Telemetriya və Elektron İdarə Etmə Sistemləri sahəsində böyük təcrübəyə malik olan distribyutor və inteqratordur.  Biz, fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş dövlət idarələri və iri korporasiyalara qədər, geniş müştəri dairəsi ilə əməkdaşlıq edirik. Missiyamız müştərilərimizə ən keyfiyyətli və sərfəli xidmət göstərməkdən ibarətdir. Şirkət uzunmüddətli fəaliyyəti müddətində peşəkar mütəxəssislərin yetişdirilməsi sahəsində uğurlu təcrübəyə malikdir.

Təcrübəçilərə proqram çərçivəsində şirkətimizin Müştəri xidmətləri üzrə texniki dəstək şöbəsində praktiki biliklər əldə etmələrini təklif edirik.

Təcrübə proqramının sonunda “A+A Security” Şirkəti tərəfindən Tövsiyə məktubu (Letter of Recommendation) təqdim olunur. Təcrübə proqramı ödənişli olacaq

Proqramı uğurla bitirən namizədlər ilə “A+A Security” əmək müqaviləsi əsasında əməkdaşlığa davam edəcəkdir

Maraqlanan namizədlər [email protected] e-mail ünvanınına “Təcrübəçi” başlığı ilə CVlərini göndərə bilərlər. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]