Klinikaya tibb bacısı tələb olunur
İşəgötürən:Sağlam Ailə
Müddət: 2022-01-23 – 2022-02-22
Şəhər: Bakı
Sağlam Ailə tibb mərkəzi Tibb bacısı vakansiyası elan edir.
Vakant vəzifə haqqında:
Müayinə üçün pasientlərdən biomaterial götürür, materialı pasientin şifrinə uyğun olaraq markirə edir və biomaterialların qəbulu otağına ötürür;
Lazım gəldiyi hallarda pasientlərə həkimə qədər olan mərhələdə ilkin tibbi yardım göstərir;
Həkimin göstərişlərinə uyğun olaraq dərman preparatlarını yeridir;
Manipulyasiya otağında sanitar-epidemioloji rejimə riayət edir;
Namizədə olan tələblər:
Orta tibbi təhsil;
İş təcrübəsi 1 ildən yuxarı;
Məsuliyyətli və komandada işləmə bacarığı;
Qeyd:
İş günləri: I-VI günlər, istirahət günü: bazar
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Tibb bacısı” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Vakansiyalar
- 2 ay, 1 həftə, 21 saat, 57 dəq
- 3 ay, 5 gün, 23 saat, 50 dəq
- 6 ay, 1 həftə, 3 gün, 18 saat, 35 dəq
-
6 ay, 3 həftə, 1 gün, 14 saat, 6 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 5 gün, 22 saat, 4 dəq