Memar axtarılır
İşəgötürən – Rockvel Construction
İş barədə məlumat:
Obyektə ilkin baxış keçirilməsi, yerində ölçü götürülməsi və iş həcmlərinin təyin olunması;
Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
İlkin eskizin hazırlanması, rəhbərlik və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
Konsept layihələrin hazırlanması və vizualizasiyası;
Obyektin eskiz və işçi layihələrinin hazırlanması;
Memarlıq və mühəndis çizimlərindən ibarət olan layihə paketinin tərtib olunması və hazırlanması;
Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi.
Tələblər:
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 25 – 35
Müvafiq sahədə ali təhsil (Memar diplomu);
Müvafiq sahədə iş təcrübəsi;
Tikinti Şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
Müvafiq kompüter proqramlarını bilmək (ArchiCAD, AutoCAD, 3dMax, Vray, Corona və s.);
Əllə eskizləri çəkmək bacarığı arzu ediləndir;
İngilis və rus dillərini bilmək arzu ediləndir;
İşə qarşı məhsuliyyətli, dəqiq, səmimi, nizam-intizamlı;
Tapşırılan işi vaxtında yerinə yetirmək;
Kreativ, zöqlü, sürətli işləmə bacarığı;
Müstəqil və komanda şəklində işləmək bacarığı.
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV-lərini g.gunashova@rockvelconstructioncom elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “memar” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
- 2 ay, 2 həftə, 3 gün, 10 saat, 2 dəq
- 3 ay, 2 həftə, 3 gün, 11 saat, 55 dəq
- 6 ay, 3 həftə, 1 gün, 6 saat, 40 dəq
-
7 ay, 3 gün, 2 saat, 11 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 1 həftə, 10 saat, 9 dəq