Mağaza Müdiri axtarılır
İşəgötürən – Lumegrand
Vəzifə və öhdəliklər:
Mağazanın ümumi fəaliyyətinin təşkili, açılması, bağlanması və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət etmək;
Satış prosesinin təşkilində mağazanın personalının işini tənzimləmək;
Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
Müştərilərdən daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
Mağazanın personalı üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək.
Tələblər:
Yaş – 30 – 45
İş təcrübəsi minimum 5 il – satış sektorunda (rəhbər vəzifəsində)
Ali təhsil
Azərbaycan və Rus dili bilikləri
Məsuliyyətli, dəqiq, ciddi olmalı;
Stress altında işləmə bacarığı;
Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
İşgüzar davranış etikasını;
Satılan məhsulun assortimentini və satış qiymətlərini;
Satış texnikası və prinsiplərini;
Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını;
Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;
Kompüter bilikləri (MS Office, 1C).
Şərtlər:
AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
Həftə ərzində 6 iş günü, istirahət- həftədə 1 gün
İş saatı: 09:00-19:00
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini [email protected] e-mailin mövzu hissəsində “Mağaza Müdiri” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Vakansiyalar
- 2 ay, 2 həftə, 5 gün, 14 saat, 43 dəq
- 3 ay, 2 həftə, 5 gün, 16 saat, 36 dəq
- 6 ay, 3 həftə, 3 gün, 11 saat, 21 dəq
-
7 ay, 5 gün, 6 saat, 52 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 1 həftə, 2 gün, 14 saat, 50 dəq