Vakansiya: Memar tələb olunur

Memar


İşəgötürən: ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi

Vakansiya: Memar

Son tarix: 25 aprel 2023

Əsas vəzifə öhdəlikləri:

-Layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək;

-Tikinti və inşaat proseslərinə nəzarət etmək və dəyişikliklərə dair razılığın əldə olunması üçün danışıqlar aparmaq;

-İş prosesinə nəzarət etmək, xərclərin hesablanmaq, razılaşdırılmış plan əsasında nəticələri dəyərləndirmək və təhlükəsizlik və keyfiyyət idarəetmə sistemlərini tətbiq etmək;

-Müəyyən olunmuş və razılaşdırılmış keyfiyyətə təminat standartlarına uyğun olaraq nəzarət və qiymətləndirmə sistemlərini təsis etmək;

-Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək.

Tələb olunan peşə-ixtisas səviyyəsi:

-Müvafiq sahədə ali təhsil (Memar diplomu);

-Müvafiq sahədə iş təcrübəsi 3 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;

-Azərbaycan, ingilis və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;

-AutoCAD, ArchiCAD, Sketchup, 3dMax, MS Office kompüter proqramlarını bilmək;

-Yüksək bədii səviyyədə üç ölçülü təsvirləri (3D vizualizasiya) hazırlama bacarığı;

-İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;

-Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı;

-Əllə eskizləri çəkmək bacarığı;

-Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV – foto şəkil ilə) [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]