“Çağrı mərkəzi operatoru” tələb olunur

Operator


İş elanını dərc edən – ENGINET
Vakansiya – Çağrı mərkəzi (Call Center) operatoru

Vəzifə öhdəlikləri:
-şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
-qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
-müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
-müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
-yeni müştəriləri telefon vasitəsilə cəlb etmək;
-şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
-xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün –
-müvafiq sistem proqramlarına nəzarət etmək;
Namizədə verilən tələblər:
-ali təhsilə üstünlük verilir
-azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
-nitqi aydın və səlis olmalı
-fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
-müştərilərlə ünsiyyət qurma bacarığı
-məsuliyyətli, səbrli, stressə davamlı olmalı
-MS Office proqramlarını bilməli
-İş qrafiki: növbəli, günaşırı.

Əmək haqqı: 450 AZN

Müraciət qaydası: CV-nizi elektron poçt ünvanına [email protected] , mövzu sahəsində vəzifə adını – “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]