Operator tələb olunur

Operator


İşəgötürən – Nur Collection

Vəzifə öhdəlikləri:

Gələn malların qaiməyə uyğun çeşidlənməsi;

Qaimədə olan və çeşidlənmiş malları müvafiq proqrama (Nebim) əlavə etmək;

Proqrama əlavə edilmiş malları rəng / ölçü üzrə çıxarıb düzgün paketlərə və ya malların üzərinə qoymaq;

Masalarda malların qiymətlənməsi və alarm vurulmasına nəzarət etmək;

Anbardarlar malların satış zalına hazırlaması zamanı işin ümumi gedişatını düzgün qurmaq (anbardarlara uyğun iş yükünü bölmək);

Hazır malın düzgün paketlənməsinə, çuvalın və ya karopkanın üzərinə uyğun Ref.numarası və filial adının yazılmasına diqqət etmək;

İşlənmiş qaiməni üzərinə imza / ad yazıb, müvafiq qeydlər aparıb (əgər qaimədə səhv varsa) anbar müdirinə və ya  anbar müdirinin köməkçisinə təhvil vermək;

İş prosesi zamanı anbardarların kənar söhbətlər etməməsinə, ümumi nizam-intizam qaydalarına riayət etməsinə nəzarət etmək.

Namizədə dair tələblər:

Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;

Microsoft Office proqramlarını bilməsi üstünlükdür;

Müvafiq vəzifədə iş təcrübəsinin olması üstünlükdür;

Yaş həddi: 18-30

Cinsi: Bəy 

İş yeri və iş şəraiti haqqqında:

“Nur Collection”MMC

Ünvan: Bakı, Azərbaycan, Masazir qəsəbəsi, Əliağa Vahid 1B

İş vaxt: 6 günlük iş qrafiki

09:00-18:30-dək 

İstirahət vaxtı: Bazar günü

Nahar şirkət tərəfindən təmin edilir.

Əmək haqqı: müsabiqə zamanı bildiriləcək 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adlarını qeyd etməklə öz CV-lərini [email protected]  elektron ünvanına göndərə bilələr

Əlaqə nömrəsi: 051 233 73 31

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]