Videomonitorinq üzrə operator tələb olunur

Operator


İşəgötürən – Pizza Mizza

Tələblər:

Ali təhsil

Müvafiq sahədə minimum 1-3 il təcrübə

Dil bilikləri: Azərbaycan və Rus dili

Yaş 20-35

Detallara diqqətli

Ofis proqramlarının biliyi

Komandada işləmək bacarığı

Stresə davamlı, gülərüz, punktual, məsuliyyətli

Vəzifələr:

Şirkətin monitorinq/audit və müştəri məmnuniyyəti  üzrə standartlarının təkmilləşdirilməsinə dəstək verir,

Restoranların gündəlik fəaliyyətinə kameralar vasitəsi ilə nəzarət edir,

Restoranlarda qida təhlükəsizliyi və təmizlik standartlarına riayət olunmasına nəzarət edir,

Bütün restoranların salonlarına, mətbəxinə, kassalarına, istehsalata kameralar vasitəsi ilə nəzarət edir, videomonitorinqini həyata keçirir,

Müştərilərə xidmət prosesində işçilər tərəfindən şirkət qaydalarının pozulması hallarını aşkarlayır və pozuntu anlarının video çəkilişlərini müvafiq olaraq təqdim edir,

Müştərilərə zəng etmək (geri zəng etmək) və zəng mərkəzi operatorlarının müştərilərlə dialoqlarını dinləyir, sifariş ilə bağlı müştəri şikayətlərinin səbəblərini müəyyən edir, (çatdırılmanın məzmunu müştərinin sifarişinə uyğundurmu, məhsul keyfiyyətsizdirmi və s.)

Mətbəxdə işçilər tərəfindən sanitar normaların pozulması hallarını izləyir,

Lazım gəldikdə restoranlara monitorinq səfərlər edir,

Bütün işçi heyəti tərəfindən daxili qaydalarının pozulması hallarını izləyir, lazım gəldikdə kamera qeydlərini edərək müvafiq məlumatı təqdim edir.

Müştəri məmnuniyyətinin yüksək səviyyədə icrasını təmin edir.

İş şəraiti:

İş saatları-9 saat

6 günlük iş rejimi

Əmək qanunvericiliyinə uyğun iş şərtləri

Əmək haqqı müsahibə zamanı müəyyənləşdiriləcək

Maraqlananlar CV-lərini “Videomonitorinq üzrə operator” başlığı altında   [email protected]    elektron ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]