Telefon Operatoru tələb olunur

Operator


İşəgötürən – Courtyard by Marriott Baku



Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303

Son tarix: 18 sentyabr 2023

İşin təsviri:

Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək.

Mehmanxana daxili və mehmanxanadan kənar ünsiyyət kanalları üçün həm qonaqlar, həm də işçi heyəti üçün effektiv ünsiyyətin qorunub-saxlanılmasına cavabdeh olmaq.

Yerli və beynəlxalq zəngləri cəld, nəzakətlə və dəqiq birləşdirmək.

Qonağın istəyi ilə səhər oyatma zəngini dəqiqliklə yerinə yetirmək.

Qonaqlara, işçilərə və daxil olan zənglərə yüksək keyfiyyətli xidmət göstərmək və mehmanxana ilə bağlı eləcə də, şəhər-daxili və şəhər-ətrafı baş verənlər barədə  geniş məlumat vermək.

Qonaqlar və mehmanxana işçiləri üçün məlumatları qəbul etmə və lazımi qaydada, lazımi şəxslərə çatdırmaq.

Qonaqların profil qeydlərini aparmaq, Növbə Meneceri, Gecə Meneceri və guestVoice sorğularındakı şikayətləri və təklifləri Opera sistemində qeyd etmək, şikayətlərə uyğun tapşırıqları yerinə yetirmək və bu məlumatları münasib şöbələrə ötürmək. 

VİP qonaqlar üçün meyvə, şirniyyat və salamlama məktublarını hazırlamaq, onları qonaq gəlişinə qədər otaqlarda yerləşdirmək.

Nəqliyyat sifarişlərini qəbul etmək və sistemdə qeydiyyatlarını aparmaq.

Qonaqların Marriott Bonvoy Mobil Çat və digər Ekstranet platformları üzrə mesajlarına gecikməsiz cavab vermək.

Qonaqlara çıxışdan 1 gün öncə getmə zəngləri edib, razı qalmalarını təmin etmək, istəklərinə uyğun əməliyyatları yerinə yetirmək.

Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq.

Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq. 

Namizədə olan tələblər:

Qonaqpərvərlik sahəsində iş təcrübəsi olması arzuolunandır;

Müxtəlif iş qrafiklərində işləmək bacarığı;

Azərbaycan, İngilis və Rus dillərində şifahi və yazılı ünsiyyət qabiliyyətinə malik olmaq;

Komandada işləmək bacarığı, gülərüz, çevik, ünsiyyətcil olmaq;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Phone Operator” qeyd edərək CV-lərini 18.09.2023-dək   [email protected]   adresinə  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]