Sığorta əməliyyatlarına dəstək xidməti üzrə təcrübəçi tələb olunur
“PAŞA Sığorta” ASC namizədləri Sığorta əməliyyatlarına dəstək xidməti üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
-Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, və s.) hazırlanması;
-Müvafiq hallarda daxili müştərilər ilə əlaqə saxlayaraq lazımi məlumatların əldə edilməsi;
-Buraxılmış sığorta şəhadətnamələrinin və digər sənədlərin skan olunmasının təmin edilməsi;
-Hazırlanmış sığorta şəhadətnamələrinin daxili müştəriyə çatdırılmasının təmin edilməsi;
-Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.
BİLİKLƏR
-Ali təhsil: Biznes sahəsində təhsilə üstünlük verilir;
-Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi biliklər; B1 səviyyədə İngilis dili arzuolunandır;
-Kompüter bilikləri: MS Office (Excel, Word) proqramları üzrə biliklər.
TƏCRÜBƏ
-Sığorta sahəsində təcrübə arzuolunandır.
BACARIQLAR
-Komandada işləmək;
-Mükəmməl kommunikasiya bacarığı;
-Öz fikirlərini təmiz ifadə etmək;
-Detallara diqqət və analitik bacarıqlar;
-Məsuliyyətlilik;
-Yaranan şəraitdə tez reaksiya göstərmək.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
04.01.2023
Vakansiyalar
- 2 ay, 2 həftə, 1 gün, 21 saat, 5 dəq
- 3 ay, 2 həftə, 1 gün, 22 saat, 58 dəq
- 6 ay, 2 həftə, 6 gün, 17 saat, 43 dəq
-
7 ay, 1 gün, 13 saat, 14 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 5 gün, 21 saat, 12 dəq