Banka “Kredit risklərinin qiymətləndirilməsi“ üzrə işçi tələb olunur
Bank of Baku ASC, Kredit risklərinin qiymətləndirilməsi bölməsinin aparıcı ekspert/baş ekspert vakansiyasını elan edir.
Əsas vəzifə və öhdəliklər
– Bankın kredit riskinə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək
-Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi
– Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi prosesində iştirak
– Kredit risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təhlillərdə tətbiqi
-Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi
Seçim meyarları
-Ali təhsil ( İqtisadiyyat, Texniki, Riyazi)
– Sahə üzrə 1 il və üzəri təcrübə ( və ya digər analitika sahələri ilə bağlı 2 il təcrübə)
– Dil bilikləri : Azərbaycan və rus dilləri yüksək (İngilis dili üstünlükdür)
-MS Ofis proqramlarında işləmək bacarığı
· -Modelləşdirmə üzrə praktiki bilgilər və statistika proqram bilikləri üstünlükdür
İş şərtləri
– İş yeri: İnzibati İdarə
– İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində “Kredit risklərinin qiymətləndirilməsi “ qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 2 ay, 1 həftə, 6 gün, 7 saat
- 3 ay, 1 həftə, 6 gün, 8 saat, 53 dəq
- 6 ay, 2 həftə, 4 gün, 3 saat, 38 dəq
-
6 ay, 4 həftə, 1 gün, 23 saat, 9 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 3 gün, 7 saat, 7 dəq