Vakansiya: Laboratoriya bölməsinin müdiri tələb olunur

Müdir


İşəgötürən: Daşkəsən Dəmir Filiz MMC

Vakansiya: Laboratoriya bölməsinin müdiri

Son tarix: 08 avqust 2022

Vəzifə öhdəlikləri:

-Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət edilməsi;

-Tətbiq olunan və aparılan sınaq işlərinin standart və normalara əsaslandırılmasının təmin edilməsi;

-ISO və ASTM standartlarına əsaslanaraq daxili prosedurların yazılması və təsdiqlənməsi;

-Aparılan sınaq işlərinin nəticələrinə dair gündəlik, aylıq,illik hesabatlılığın tərtib və təmin edilməsi;

-İstismar olunan avadanlıqların və cihazların xüsusi norma və tələblərə uyğun istifadəsinə nəzarət edilməsi və cavabdeh olması;

-İşçilərin gündəlik görülən işlərə dair iş öncəsi təlimatlandırılması;

-Bütün nümunələrin gündəlik toplanmasına nəzarət edilməsi;

-Vaxtaşırı kalibrasiya tələb olunan avadanlıqların kalibrasiya olunmasının təmin edilməsi;

-Təhlükəli maddələrin və reaktivlərin təhlükəsiz saxlanılmasına və istifadəsinə nəzarət edilməsi;

-Yeni tədqiqat və analiz metodların araşdırılması, təklif edilməsi və əsaslandırılması;

Namizədə tələblər:

-Ali təhsil (Metallurgiya/Kimya/Geologiya/Materialşünaslıq üzrə) ;

-Sahə üzrə 5 illik iş təcrübəsi;

-Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;

-MS Office üzrə biliklər.

Digər məlumatlar:

İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Laboratoriya bölməsinin müdiri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə [email protected] elekton poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]