Saffron Restaurants Group aşpaz axtarır
İşəgötürən: Saffron Restaurants Group
Vakansiya: Aşpaz
Son tarix: 17 iyul 2022
İş öhdəlikləri:
-Mətbəxin bütün sahələrində işlərin ona tapşırılan hissələrini icra etmək üçün məsuliyyət daşımaq;
-Verilən tapşırıqları mövcud qaydalara riayət etməklə tam yerinə yetirmək;
-Hazırlanan yeməklərin keyfiyyətli olmasını, onların tələb olunan standartlara cavab verməsini təmin etmək;
-Məhsulları düzgün istifadə etmək və ehtiyata nəzarət etmək;
-Qida gigiyena qaydalarına ciddi riayət olunmasını təmin etmək.
Əsas tələblər:
-Aşpaz kimi müvafiq iş təcrübəsi;
-Qida sağlamlığı və təhlükəsizlik qaydaları haqqında biliklər;
-Çevik iş qrafikində işləmək bacarığı;
-Ünsiyyət, komandada işləmək, stressə davamlılıq bacarıqları.
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) [email protected] elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 17.07.2022-ci il tarixinədək göndərə bilərlər.
Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.
Vakansiyalar
- 2 ay, 2 həftə, 2 saat, 34 dəq
- 3 ay, 2 həftə, 4 saat, 27 dəq
- 6 ay, 2 həftə, 4 gün, 23 saat, 12 dəq
-
6 ay, 4 həftə, 2 gün, 18 saat, 43 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 4 gün, 2 saat, 41 dəq