Əmək haqqı hesablanması üzrə kiçik mühasib tələb olunur

İşəgötürən – A+Co ASC
Tələblər:
Maliyyə sahəsində ali təhsil; MBA (Maliyyə üzrə) ali təhsili və uyğun sahə üzrə sertifikatları olan , İFRS bilikləri olan namizədlərə üstünlük verilir.
Bu sahə üzrə minimum 1 il iş təcrübəsi;
MS Office (MS Excel) proqram bilikləri;
Logo Tiger 3 Enterprise proqram bilikləri arzuolunandır;
Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
Vəzifə öhdəlikləri:
İşçilərin aylıq əmək haqlarını hesablamaq;
Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək;
Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;İş şəraiti:
İş yeri: Xırdalan şəhəri
5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
Nahar Şirkət tərəfindən təmin olunur;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq;
20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əmək haqqı hesablanması üzrə kiçik mühasib” yazaraq [email protected] adresinə göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Vakansiyalar
- 1 gün, 16 saat, 40 dəq
- 5 gün, 16 saat, 30 dəq
- 5 gün, 16 saat, 33 dəq
- 6 gün, 9 saat, 48 dəq
- 6 gün, 10 saat, 30 dəq