Ziraat Bank Azərbaycan əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis axtarır

İşəgötürən: Ziraat Bank Azərbaycan
Vakansiya: Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix: 01 iyul 2022
Vəzifəyə olan tələblər:
-Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;
-Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL bilikləri;
-Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
-Ünsiyyətcil olmaq və komanda ilə iş qabiliyyəti;
-Türk və ingilis dili bilikləri arzuolunandır;
-Bank sahəsində ən azı 3, Əməliyyat və ya risk sahəsində 2 illik iş təcrübəsi;
-FRM, CFA, ACCA sertifikatına malik namizədlərə üstünlük veriləcəkdir.
Əsas vəzifələr:
-Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
-Əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının (RCSA, ssenari analizləri, risk xəritələrinin tərtibi və s.) tətbiqi;
-Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak;
-Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
-Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsi;
-Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
-Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
-Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
-Stress-testlərin həyata keçirilməsi;
-Risk limitlərinin müəyyənləşdirilməsi, riayyət olunmasına nəzarətin həyata keçirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər İyun ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat risləri” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
-
7 saat, 45 dəq
Bank Respublika ASC qeyri-kredit sahəsi üzrə auditor axtarır
- 7 saat, 47 dəq
- 7 saat, 49 dəq
- 7 saat, 51 dəq
- 7 saat, 53 dəq