Zeytun Pharmaceuticals xarici təchizat üzrə mütəxəssis axtarır

Mütəxəssis

Zeytun Pharmaceuticals


İşəgötürən: Zeytun Pharmaceuticals

Vakansiya: Xarici təchizat üzrə mütəxəssis

Son tarix: 01 iyul 2023

Tələblər:

-Ali təhsil (tibbi təhsil üstünlükdür);

-İngilis və rus dillərində mükəmməl ünsiyyət və yazı bacarığı;

-Dərman və tibbi ləvazimatların satınalması sahəsində iş təcrübəsi;

-Ofis proqramları və 1C proqramı üzrə yüksək səviyyədə bilik;

-Satınalma üzrə vacib olan ümumi biliklər.

Vəzifə öhdəlikləri:

-Satınalma prosesinin vaxtında prosedur və qaydalara uyğun olaraq icra edilməsi;

-Hər gün anbar qalığının yoxlanılması;

-Azalmaqda olan dərman preparatlarının, tibbi ləvazimatların və kosmetik vasitələrin sifarişlərinin təşkil edilməsi;

-Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;

-Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili;

-Dərman və tibbi ləvazimatların təchizatı ilə bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət;

-Dərman və tibbi ləvazimatların logistika məsələlərinin həllinə dəstək göstərilməsi;

-Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;

-Hesabatların hazırlanması və analizi. 

İş şəraiti:

-İş qrafiki: I-V günlər, 09:00-18:00;

-Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;

Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]