Zeytun Pharmaceuticals hüquqşünas axtarır
İşəgötürən: Zeytun Pharmaceuticals
Vakansiya: Hüquqşünas
Son tarix: 27 avqust 2022
Tələblər:
-Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür);
-İş təcrübəsi : 3-5 il (hüquq sahəsində);
-AR-nın mülki və inzibati prosessual qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
-Azərbaycan və rus dilindən şifahi və yazılı istifadə qabiliyyəti;
-Microsoft Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
-Məsuliyyət, işdə dəqiqlik.
Vəzifə öhdəlikləri:
-Müqavilələrin hazırlanması;
-Hüquqi sənədlərin tərtib edilməsi;
-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
-Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanması;
-Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirilməsi;
-Təsərrüfat müqavilələrinin tərtibi zamanı hüquqi əsaslandırılmış rəy verilməsi;
-Müqavilələrin sistemləşdirilməsi işinin təşkilində iştirak və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi;
-Məhkəmə işlərinin aparılması.
İş şəraiti:
-İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
-5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
-Nahar şirkət tərəfindən təmin olunur;
-Tibbi siğorta ilə təmin olunma;
-Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
15 saat, 4 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
2 gün, 13 saat, 56 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 2 gün, 14 saat, 30 dəq
- 3 gün, 8 saat, 36 dəq
- 4 gün, 3 saat, 50 dəq