Zeytun Pharmaceuticals hüquqşünas axtarır

İşəgötürən: Zeytun Pharmaceuticals
Vakansiya: Hüquqşünas
Son tarix: 18 noyabr 2022
Tələblər:
-Hüquq üzrə ali təhsil;
-İş təcrübəsi : 3 + il (hüquq sahəsində) ;
-AR-nın mülki və inzibati prosessual qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
-Microsoft Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
-Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
-Müqavilələrin hazırlanması;
-Hüquqi sənədlərin tərtib edilməsi;
-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
-Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanması;
-Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirilməsi;
-Təsərrüfat müqavilələrinin tərtibi zamanı hüquqi əsaslandırılmış rəy verilməsi;
-Müqavilələrin sistemləşdirilməsi işinin təşkilində iştirak və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi;
-Məhkəmə işlərinin aparılması.
İş şəraiti:
-5-günlük iş həftəsi;
-Nahar şirkət tərəfindən təmin edilir;
-Tibbi sığorta ilə təmin olunma;
-Əmək haqqı razılaşma yolu ilə;
-İş yeri: BEGOC Biznes Mərkəzi.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Vakansiyalar
- 5 saat, 34 dəq
- 5 saat, 41 dəq
- 5 saat, 45 dəq
- 5 saat, 48 dəq
- 5 saat, 55 dəq