“Yelo Bank”da yeni vakansiya
“Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kiçik və orta biznes müştəriləri üzrə Kiçik mütəxəssis / Mütəxəsssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis vakansiyalarını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
-Şəhər- Bakı
-Kateqoriya- Kiçik və orta biznes kreditlərin satışı
Vəzifə öhdəlikləri:
– Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
– Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi;
– Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək;
– Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması;
– Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq.
Tələblər:
– Azərbaycan dili (Rus və İngilis dilləri arzu olunandır)
– Ali təhsil (İqtisadi və riyazi təhsilə üstünlük veriləcəkdir)
-Bank işi ilə bağlı sertifikatlar arzu olunandır
-Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı
-Maliyyə və mühasibatlıq hesabatları formaları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik materialların hazırlanması bacarığı arzu olunandır
Biz Sizə nə təklif edirik:
– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv;
-Tibbi sığorta proqramına qoşulma;
-Yığım sığortasına qoşulma imkanı.
Siz elektron poçtun “mövzu” yerinə “KOB” qeyd etməklə öz CV-lərinizi [email protected]z ünvanına göndərə bilərsiniz.
Vakansiyalar
-
2 ay, 2 həftə, 1 gün, 22 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 4 gün, 1 saat, 17 dəq
- 7 ay, 2 həftə, 4 gün, 3 saat, 10 dəq
- 10 ay, 3 həftə, 1 gün, 21 saat, 55 dəq
-
11 ay, 3 gün, 17 saat, 26 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır