Yelo Bank təchizat və satınalma mütəxəssisi axtarır

İşəgötürən: Yelo Bank
Vakansiya: Təchizat və satınalma mütəxəssisi
Son tarix: 08 sentyabr 2022
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Təchizat və satınalma mütəxəssisi” vakansiyasını elan edirik.
Struktur: Təchizat və satınalma şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri
Vəzifə öhdəlikləri:
-Struktur bölmələrdən daxil olan satınalma sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə icrasını təmin etmək
-Satınalma prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılması və ya bu istiqamətdə işlərin koordinasiyası
-Tenderlərin təşkilində iştirak etmək
-Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin etmək
-Satınalma prosesində təhlükəsizliyi, keyfiyyəti və qaydalara uyğunluğunu təmin etmək
-Mövcud sifarişlər və tədarük əlaqələri haqqında araşdırma aparmaq
-Mallar, materiallar, komponentlər və ya xidmətlər üzrə müəyyən edilmiş qiymət, keyfiyyət və çatdırılma hədəflərinə uyğun olaraq satınalmanı həyata keçirtmək
-Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparmaq
-Malların yenilənmələri və təfərrüatları ilə bağlı təchizatçılarla sifarişçilər arasında əlaqə qurmaq
-Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edir
-Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reysterinin aparılmasını, davamlı olaraq monitorinq olunmasını təmin etmək
-Təchizat müqavilələri və sazişləri üçün risklərin idarə edilməsini həyata keçirmək
-Faydalı şərtləri təmin etmək üçün xarici və daxili satıcılarla danışıqlar aparmaq
-Təchiz olunan malların və xidmətlərin keyfiyyətinə nəzarət etmək
Tələblər:
-Ali təhsil;
-Dil bilikləri: Azərbaycan dili – sərbəst danışıq və yazı qabiliyyəti, Rus və İngilis dili bilənlərə üstünlük veriləcəkdir;
-Microsoft Office programları üzrə biliklər (Excel, Word, Power Point);
-Analitik təhlil bacarığı;
-Daxil bazar biliyi.
Biz Sizə nə təklif edirik:
-Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
-Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
-Tibbi sığorta proqramına qoşulma;
-Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə “Procurement” qeyd etməklə mürəciət etməyiniz xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
5 saat, 40 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 5 saat, 49 dəq
- 5 saat, 50 dəq
- 5 saat, 52 dəq
- 5 saat, 58 dəq