Yelo Bank məhsul üzrə ekspert axtarır

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məhsulların inkişafı departamentində Məhsul üzrə ekspert” vakansiyasını elan edirik.
-Şəhər -Bakı
Vəzifə öhdəlikləri:
Bankın strategiyasına uyğun məhsulları yaratmaq və inkişaf etdirmək;
Bazarı araşdırmaq, müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, bu məqsədlə müştərilərlə görüşləri aparmaq, təkmilləşdirilmiş müştəri təcrübəsinə nail olmaq;
Məhsulun yaradılması üzrə xərc / gəlirlərin hesablanması və təhlilini aparmaq;
Məhsulun yol xəritəsini (roadmap) hazırlamaq;
Biznes hədəflərinə çatmaq üçün görüləcək işləri və mövcud tapşırıqları (backlog) prioritetləşdirmək və yerinə yetirilməsini idarə etmək;
Ümumi hədəflərə çatmaq üçün məhsululun yaradılması üzrə kross-funksional komandanı yönəltmək;
Seqment müştərilərinin ehtiyaclarına cavab verən məhsul və xidmətləri komanda ilə birgə hazırlamaq;
Yeni məhsul ideyalarını qiymətləndirmək və onların bazara çıxarılması strategiyasını hazırlamaq;
Məhsul boşluqlarının müəyyənləşdirmək və onların aradan qaldırılmasını təmin etmək;
Məhsulun effektiv marketinq kommunikasiya planının hazırlanmasında iştirak etmək.
Tələblər:
Ali təhsil;
Bank işi və ya müvafiq layihə işi üzrə – ən azı 2 il iş təcrübəsi;
Dil bilikləri – Azərbaycan dili, yaxşı səviyyədə Rus dili biliyi, İnglis dili biliyi arzuolunandır;
MS Office proqramları üzrə (əsasən Excel və Power point) yüksək səviyyədə biliklər;
PPO, PSPO, ACP, CSPO və ya analoqu olan sertifikatlara sahib olmaq üstünlükdür;
Müştəri seqmenti və məhsul üzrə biliklər;
“Agile”, “Design thinking” metodologiya üzrə biliklər arzuolunandır;
Yüksək dərəcədə analitik qabiliyyət, səmərəli ünsiyyətqurma bacarığı, komanda ilə işləmə və qərar qəbul etmə qabiliyyəti;
İşlərini planlaşdırma bacarığı, yüksək dərəcədə məsuliyyətlilik.
Biz Sizə nə təklif edirik:
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
Tibbi sığorta proqramına qoşulma;
Yığım sığortasına qoşulma imkanı;
Siz elektron poçtun “mövzu” yerinə “Məhsul üzrə ekspert” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Vakansiyalar
-
10 saat, 3 dəq
Bank Respublika ASC qeyri-kredit sahəsi üzrə auditor axtarır
- 10 saat, 5 dəq
- 10 saat, 7 dəq
- 10 saat, 9 dəq
- 10 saat, 11 dəq