Yelo Bank-ın Sumqayıt filialında yeni vakansiyalar

Mütəxəssis


Yelo Bank Sumqayıt filialında fiziki şəxslərə xidmət üzrə kiçik, aparıcı, baş mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edib.
Daha ətraflı məlumat üçün www.yelo.az saytında “Vakansiyalar” bölməsinə göz gəzdirin.

Şəhər- Sumqayıt
Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Universal Sumqayıt ” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Bilavasitə tabeçiliyi: Filial müdiri
Vəzifə öhdəlikləri:

-Bankın Departamentinin təyin etdiyi tarif və şərtlər çərçivəsində kredit məhsulları üzrə xidmətin təşkili;

-Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişləri baxılması üçün müvafiq komitələrə təqdim edilməsi;

-Xidmət zamanı müştəri məmuniyyətinin qorunmasını təmin edilməsi;

-Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;

-Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;

-Keyfiyyətli kredit portfeli formalaşdırılması və portfelin idarə edilməsi;

-Ümumi fəaliyyətə dair hesabatlar hazırlanması;

-Verilmiş kreditlərin monitorinqinin aparılması.
Tələblər:

-Ali təhsil;

-Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus dilini bilmək arzu olunandır); 

-Ünsiyyətcil, təşəbbüskar olmaq;

-Komandada işləmək bacarığı;

-Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;

-Riyazi hesablama aparmaq qabiliyyəti;

-Stressə davamlılıq;

-Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;

-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

-Müştəri yönümlülük

-İpoteka bilikləri arzuolunandır.

Biz Sizə nə təklif edirik:

-Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

-Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;

-Tibbi sığorta proqramına qoşulma;

-Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Universal Sumqayıt” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]