Yelo Bank əmək münasibətlərinin tənzimlənməsi şöbəsində mütəxəssis/aparıcı mütəxəssis axtarır
İşəgötürən: Yelo Bank
Vakansiya: Əmək münasibətlərinin tənzimlənməsi şöbəsində mütəxəssis/aparıcı mütəxəssis
Son tarix: 26 iyun 2022
Struktur: İnsan Kapitalının İdarəedilməsi departamenti, Əmək münasibətlərinin tənzimlənməsi şöbəsi
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə meneceri
Vəzifə öhdəlikləri:
-Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və bankdaxili qaydalara uyğun işçilərin qəbulu, yerdəyişməsi, kadrların ixtisasının artırılması və s. sənədlərin və əmrlərin rəsmiləşdirməsi;
-Əmək kitabçalarının əmrlər əsasında yazılması;
-Əmək müqavilələrinə bütün növ dəyişikliklərin rəsmiləşdirilməsi;
-Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
-İşçilərin şəxsi iş qovluqlarının formalaşdırılması;
-Məzuniyyət planlaması prosesinin şirkət üzrə idarəedilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
-Ezamiyyət əmrlərinin rəsmiləşdirilməsi;
-ƏMAS sistemi vasitəsilə yeni işçilərin əmək müqavilələrinin, əmək müqaviləsinə xitamının, vəzifə dəyişikliyinin və s. qeydiyyatının aparılması;
Tələblər:
-Ali təhsil;
-Müvafiq istiqamətdə 2 il iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan dili – sərbəst danışıq və yazı qabiliyyəti, Rus və İngilis dili bilənlərə üstünlük veriləcəkdir;
-Excel biliyi səviyyəsi – Yaxşı;
-Məsuliyyət, diqqət, dəqiqlik;
-Stressə davamlıq;
-Səmərəli ünsiyyət qurmaq bacarığı;
-Problemli halların idarəedilməsi bacarığı.
Biz Sizə nə təklif edirik:
-Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
-Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
-Tibbi sığorta proqramına qoşulma;
-Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “HR” qeyd etməklə öz CV-lərinizi [email protected] elektron ünvana göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
- 7 saat, 47 dəq
- 1 gün, 4 saat, 25 dəq
-
2 gün, 2 dəq
Bitcoin bonus overview and options for South African players
-
2 gün, 2 dəq
Casino uden KYC – guide til fordele, ulemper, bonus og hurtig registrering
-
2 gün, 2 dəq
Solana Online Casino – Sicherheits-Guide für Schweizer Spieler