Yelo Bank alternativ kanallar ilə satış departamentində kiçik mütəxəssis axtarır (Çatdırılma qrupu)

Mütəxəssis


İşəgötürən: Yelo Bank

Vakansiya: Alternativ kanallar ilə satış departamentində kiçik mütəxəssis (Çatdırılma qrupu)

Son tarix: 06 iyul 2023

Siz elektron poçtun “mövzu” yerinə “Kuryer” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.

Struktur: Alternativ kanallar ilə satış departamenti, Alternativ Kanallar ilə satışın təşkili şöbəsi

Bilavasitə tabeçiliyi: Departament direktoru, qrup rəhbəri

Vəzifə öhdəlikləri:

-Əvvəlcədən müştəri tərəfindən təyin edilmiş yerdə və vaxtda Bankın mobil əlavəsi ilə təsdiqlənmiş kredit sənədlərinin müştərilərə, imzaladılması, ödəniş kartlarının və digər sənədlərin təhvil verilməsi;

-Müştəri tərəfindən imzalanmış sənədlər paketinin Banka təhvil verilməsi;

-Bankın daxili nizam-intizam qaydalarına və etik davranış normalarına daim riayət edir;

-Daim bankın imic və mənafeyini müdafiə edib qoruyur;

-Aylıq hədəflər üzrə təyin edilmiş satış planlarını yerinə yetirir.

Tələblər:

-Ali təhsil;

-Analitik təhliletmə qabiliyyəti;

-İşgüzar ünsiyyət qurmaq, komanda tərkibində işləmək və inandırmaq bacarığı;

-Cavabdeh olduğu sahəyə rəhbərlik etmə bacarığı;

-Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi (Rus dili arzu olunandır);

-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

Biz sizə nə təklif edirik:

-Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

-Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;

-Tibbi sığorta proqramına qoşulma;

-Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]