Xalq Həyat Sığorta insan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas axtarır
İşəgötürən: Xalq Həyat Sığorta
Vakansiya: İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas
Son tarix: 27 noyabr 2022
İş qrafiki: 09:00 – 18:00 (bazar ertəsi – cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər:
-Cəmiyyətin Müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
-Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
-Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
-Sığorta məhsullarının hüquqi ekspertizasını həyata keçirmək;
-Cəmiyyətdaxili sənədlərin bir-biri ilə, o cümlədən AR mövcud qanunvericiliyi ilə düzgün və uyğun şəkildə tətbiq edilməsinə nəzarət etmək;
-Dövlət orqanları, hüquqi və fiziki şəxslərin sorğularının cavablandırılmasında iştirak etmək;
-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
-Təlimatın, qaydaların və prosedurların hazırlamasında iştirak etmək, ekspertizasını həyata keçirmək və rəy vermək;
-AR qanunvericiliyi ilə nəzərdə tutulmuş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
Tələblər:
-Ali hüquq təhsili;
-MS Office proqramlarında işləmək bacarığı;
-Korporativ hüquq sahəsi üzrə ən azı 3 (üç) il iş təcrübəsi;
-Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzu olunandır).
Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda Tələblərə uyğun olmayan və mail-da mövzu qismində “İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas” qeyd olunmayan “CV”-lərə baxılmayacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 ay, 4 gün, 2 saat, 58 dəq
- 3 ay, 2 gün, 4 saat, 51 dəq
- 6 ay, 6 gün, 23 saat, 36 dəq
-
6 ay, 2 həftə, 4 gün, 19 saat, 7 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 3 həftə, 2 gün, 3 saat, 5 dəq