Xalq Bank problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi axtarır

İşəgötürən: Xalq Bank
Vakansiya: Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi
Son tarix: 05 iyun 2022
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Nami̇zədə Dai̇r Tələblər:
-Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
-Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 4-6 illik iş təcrübəsi;
-Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
-İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
-Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
-Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
-Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
-Əmək funksiyalarının yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının mülki, mülki-prosessual, ipoteka haqqında və digər qanunvericilik və normativ-hüquqi aktlarını, o cümlədən bankdaxili normativ aktları bilməli.
İşi̇n Təsvi̇ri̇:
-Problemli Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
-Əməkdaşa təhkim olunmuş portfel üzrə Problemli borcalanlar ilə görüşlərin keçirilməsi, mütəmadi zənglərin edilməsi;
-Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;
-Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
-Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək;
-Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Hüquq İdarəsinə təhvil verilməsi;
-Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması;
-Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, girov və biznesin monitorinqin həyata keçirilməsi;
-Kreditin sağlamlaşdırılması üçün təkliflərin hazırlanması;
-Analoji işlərin təşkili üçün regionlara ezam olunması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Vakansiyalar
- 1 ay, 1 həftə, 3 gün, 10 saat, 1 dəq
-
1 ay, 3 həftə, 1 gün, 5 saat, 32 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 5 gün, 13 saat, 30 dəq
- 2 ay, 13 saat, 20 dəq
- 2 ay, 13 saat, 23 dəq