Xalq Bank ödəniş kartları idarəsinin ekvayrinq şöbəsinin mütəxəssisi axtarır

İşəgötürən: Xalq Bank
Vakansiya: Ödəniş Kartları İdarəsinin Ekvayrinq şöbəsinin mütəxəssisi
Son tarix: 18 avqust 2022
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
-Maliyyə, İqtisadiyyat, Menecment və ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
-Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
-Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
-Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
-Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
-Riyazi hesablama aparmaq qabiliyyəti;
-Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
-Kompüter bilikləri;
-Ofis proqramlarında (Excel, Word) işləmə bacarığı;
-1C proqramında işləmə bacarığı.
İşin təsviri:
-Pos-terminallara WAY4 (Telescope) və digər mövcud Remote (məsafədən idarə etmə) proqramlar vasitəsilə nəzarət etmək;
-Pos-terminalların daim işlək vəziyyətdə saxlanılması, monitorinqi, yaranmış problemlərin diaqnostikası və aradan qaldırması;
-Pos-terminalların nasaz ehtiyat hissələrinin müəyyən edilməsi, təmiri (zərurət yarandığı halda), sazlanması, yenisi ilə əvəz olunması və s. üçün servis xidmətlərinin cəlb edilməsi;
-Pos-terminallar üzrə problemli əməliyyatların təhlili;
-Yeni Pos-terminalların quraşdırılması;
-Pos-terminallara müvafiq proqram təminatının yazılması və tam işlək vəziyyətə gətirilməsi;
-Pos-terminalların fiziki vəziyyətinə nəzarət məqsədilə mütəmadi monitorinqlərin keçirilməsi, dövriyyə tələbinə uyğun olmayan müştərilərin müəyyənləşdirilməsi;
-Prosessinq mərkəzi üçün xüsusi formaların hazırlanması, göndərilməsi və icrasının izlənilməsi.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Vakansiyalar
- 6 saat, 57 dəq
- 7 saat, 2 dəq
- 7 saat, 5 dəq
- 7 saat, 9 dəq
- 7 saat, 16 dəq