Xalq Bank müştəri xidməti şöbəsinin mütəxəssisi axtarır (Tovuz)

Mütəxəssis


İşəgötürən: Xalq Bank

Vakansiya: Müştəri xidməti şöbəsinin mütəxəssisi (Tovuz)

Son tarix: 05 iyun 2022

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Tovuz

Nami̇zədə Dai̇r Tələblər: 

-Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;

-Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

-Bank və ya bank olmayan kredit təşkilatında  təcrübə arzuolunandır;

-Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;

-Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;

-Riyazi hesablama aparmaq qabiliyyəti;

-Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;

-Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

-Yüksək qavrama və öyrənmə qabiliyyəti;

-İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

-Kompüter bilikləri.

İşi̇n Təsvi̇ri̇: 

-Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;

-Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;

-Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;

-Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;

-Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 

E – mail: [email protected] 

Telefon: (012) 404 43 39

Faks: (012) 404 43 34

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]