Xalq Bank monitorinq şöbəsinin mütəxəssisi axtarır

Mütəxəssis

Xalq bank


İşəgötürən: Xalq Bank

Vakansiya: Monitorinq şöbəsinin mütəxəssisi

Son tarix: 08 iyul 2022

İş qrafiki: 09:00 – 18:00/ Bazar ertəsi – Cümə

Şəhər: Bakı

Namizədə dair tələblər:

-Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;

-Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi; 

-Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

-Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;

-Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı; 

-Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).

İşin təsiviri:

-Hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət etmək;

-Bankın mövcüd kredit portfeli üzrə mütəmadi təhlillər aparmaq, kredit üzrə ödənişləri təhlükə altına ala biləcək bütün risk-yönümlü məlumatları əldə etmək;

-Kreditlərin problemli kreditə çevrilmə təhlükəsini öncədən müəyyən etmək və bu təhlükənin aradan qaldırılması istiqamətində müvafiq tədbirləri həyata keçirmək;

-Borcalanların kredit ödənişlərinə nəzarət etməklə, onların ödəniş intizamını müəyyən etmək;

-Borcalanların vaxtı keçmiş borcu yarandıqda, bu borcun ödənilməsinə yönəldilmiş təqib işinin və vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində aparılan digər tədbirlərin filiallar tərəfindən tam və vaxtında aparılmasına nəzarət etmək;

-Təsdiq olunmuş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tam aparılmasının yoxlanılması məqsədilə səyyar monitorinqlər aparmaq;

-Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;

-Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;

-Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və  likvidliyinin yoxlanılması məqsədilə monitorinq aparmaq.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 

E – mail: [email protected]

Telefon: (012) 404 43 39

Faks: (012) 404 43 34 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]