Xalq Bank kredit şöbəsinin mütəxəssisi axtarır (Bakı filialları üzrə)

İşəgötürən: Xalq Bank
Vakansiya: Kredit şöbəsinin mütəxəssisi (Bakı filialları üzrə)
Son tarix: 08 iyul 2022
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
-Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
-Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
-Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
-Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
-Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
-Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
-Riyazi hesablama aparmaq qabiliyyəti;
-Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
-Kompyuter bilikləri
İşin təsiviri:
-Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
-Kredit müraciətlərinin qəbulu və analizi;
-Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;
-Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;
-Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
-Kredit sənədlərinin tərtibi;
-Kredit portfelinə nəzarət və idarə etmək;
-Müştəri hesablarının aparılmasına nəzarət;
-Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 7 saat, 41 dəq
-
2 ay, 4 gün, 3 saat, 12 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 11 saat, 10 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 3 dəq