Xalq Bank kiber təhlükəsizlik əməliyyatları mərkəzi mütəxəssisi axtarır (SOC analyst)
İşəgötürən: Xalq Bank
Vakansiya: Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi mütəxəssisi (SOC analyst)
Son tarix: 27 iyun 2022
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
-Ali təhsil;
-İT və ya Kiber təhlükəsizlik üzrə ən aşağı 1 il iş təcrübəsi;
-Təhlükəsizlik divarları, proksi, SIEM, antivirus, EDR/XDR, IDS/IPS həlləri ilə təcrübə;
-Əməliyyat sistemləri, şəbəkə audit və digər loqları ilə iş təcrübəsi;
-Skript və proqramlaşdırma dilləri haqqında anlayış;
-Doğru və aydın hesabat hazırlama bacarığı;
-Analitik düşünmə bacarığı;
-Kiber hücum növləri haqqında məlumatlılıq.
İşin təsviri:
-Təhlükəsizlik pozuntularının və digər kiber təhlükəsizlik hadisələrinin araşdırılması;
-Təhlükəsizlik problemləri üçün kompüter şəbəkələrinin izlənməsi;
-Hadisə/davranışı anlamaq üçün müxtəlif alət və məlumat qaynaqlarının birbirinə bağlanaraq analiz edilməsi;
-Təhlükəsizlik hücumları hesabatlarının və vizuallarının hazırlanması;
-Yanlış müsbətlərin azaldılması üzərində çalışmaq;
-Hadisə aşkarlama qaydalarının hazırlanması və təkmilləşdirilməsi;
-Təsirə məruz qalan sistemlərdə proses və sazlamaların təhlil edilməsi;
-Təhlükəsizlik boşluqlarının aşkar edilməsi üçün nüfuzetmə testi mütəxəssisləri ilə əməkdaşlıq.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Vakansiyalar
-
1 gün, 14 saat, 37 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
3 gün, 13 saat, 29 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 3 gün, 14 saat, 3 dəq
- 4 gün, 8 saat, 9 dəq
- 5 gün, 3 saat, 23 dəq