Xalq Bank işlər idarəsinin kadrlar şöbəsinin mütəxəssisi axtarır (Personalın idarəedilməsi / İşə qəbul)

İşəgötürən: Xalq Bank
Vakansiya: İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi (Personalın idarəedilməsi / İşə qəbul)
Son tarix: 14 noyabr 2022
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı.
Nami̇zədə dai̇r Tələblər:
-Ali magistr təhsili (Maliyyə, İqtisadiyyat, Menecment, Bank işi və Hüquq);
-Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək (ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
-Bu sahədə 3 (üç) ildən artıq təçrübə;
-Əmək qanunvericiliyinin əsaslarını bilmək;
-Namizədlərin məlumatlarının 1C 8.3 versiyasında işləyə bilməsi;
-Təlim, sertifikatlaşdırma, uygunlaşma fəaliyyətinin qurulması və həyata keçirilməsinin prinsipləri;
-Kompüter bilikləri;
-Ofis ləvazimatları (printer, scanner, fax) ilə işləmək bacarığı;
-Ünsiyyətcil, komandada işləmək bacarığı;
-Stressə davamlılıq;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İşi̇n Təsvi̇ri̇:
-AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, azad olması, məzuniyyət, ezamiyyət və s əmrlərinin yazılması;
-İşçilərin şəxsi işlərini kadr-uçot formasında aparılması;
-İşçilərə əmək müqavilələrini hazırlamalı, onlara əlavə və dəyişikliklərin edilməsi, işçilərin intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə sənədləşmə işlərinin aparılması;
-Əmək müqaviləsi daxil olmaqla, işə qəbul, xitam və keçirilmə haqda əmrləri rəsmiləşdirilməsi və elektron portalda işlənilməsi;
-Aylıq tabel uçotunu aparılması;
-Əmrlər, ezamiyyət, məzuniyyət və əmək kitabçalarının qeydlərini aparılması;
-Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
-Bank üzrə vakant yerlərin araşdırılması, həmin iş yeri üzrə elanın hazırlanması və elanın müvafiq internet saytlarında yerləşdirilməsi;
-Daxil olan CV-lərin qeydiyyatı, namizədlərin vahid bazasının yaradılması;
-İşçi heyətinə təlim ehtiyaclarının müəyyən edilməsi;
-Təlimlərin, seminarların təşkili;
-Təlim müəssisisələri ilə mütamadi olaraq işləmək, aidiyyatı müqavilə və sazişləri hazırlamaq;
-Ödənişlərin həyata keçirilməsi və onlara nəzarət etmək.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Vakansiyalar
- 1 gün, 4 saat, 34 dəq
- 1 gün, 4 saat, 36 dəq
- 1 gün, 4 saat, 38 dəq
- 1 gün, 4 saat, 40 dəq
- 1 gün, 4 saat, 42 dəq