Xalq Bank biznes-analitika şöbəsinin mütəxəssisi axtarır

İşəgötürən: Xalq Bank
Vakansiya: Biznes-analitika şöbəsinin mütəxəssisi
Son tarix: 08 iyul 2022
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
-İnformasiya Texnologiyaları üzrə magistr dərəcəsində ali təhsil;
-Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
-Biznes proseslər üzrə texniki sənədin (istifadəçi və texniki səviyyədə-use case) hazırlanması;
-Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
-Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
-Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
-Biznes prosesin Proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
-Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
-Tələblərin toplanması və təhlili, xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.
İşin təsiviri:
-Bank məhsulları haqqında biliklərə sahib olmaq;
-Bank modulları (FlexCube arzu olunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi;
-Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
-Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak təcrübəsi;
-Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərin olması;
-Xarici dil biliklərinə sahib (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində) olmaq;
-Web servis üzrə biliklərə sahib olmaq arzuolunandır: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik olmaq.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 15 saat, 2 dəq
-
2 ay, 3 gün, 10 saat, 33 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 18 saat, 31 dəq
- 2 ay, 1 həftə, 4 gün, 18 saat, 21 dəq
- 2 ay, 1 həftə, 4 gün, 18 saat, 24 dəq